AZ

"Ditva"Şri-Lankada azı 643 nəfərin ölümünə səbəb olub

"Ditva" qasırğası son bir neçə həftə ərzində Şri-Lankada azı 643 nəfərin ölümünə səbəb olub.

“İki sahil” xəbər verir ki, noyabrın sonunda adanın məruz qaldığı qasırğa barədə məlumatı ölkənin Təbii Fəlakətlərlə Mübarizə Mərkəzi yayıb. "Ölkədə müşahidə olunan pis hava şəraitinə görə həlak olanların sayı 643-ə çatıb", - məlumatda bildirilib. İlkin məlumata görə, daha 184 nəfər itkin düşmüş hesab olunur.

"Ditva" tropik siklonu Şri-Lankada subasma və dağıntılara da səbəb olub. Adanın bütün 25 vilayəti və 1 364 481 nəfər ziyan görüb.

Seçilən
66
5
ikisahil.az

6Mənbələr