"Ditva" qasırğası son bir neçə həftə ərzində Şri-Lankada azı 643 nəfərin ölümünə səbəb olub.
7News.Az "Report"-a istinadən xəbər verir ki, noyabrın sonunda adanın məruz qaldığı qasırğa barədə məlumatı ölkənin Təbii Fəlakətlərlə Mübarizə Mərkəzi yayıb.
"Ölkədə müşahidə olunan pis hava şəraitinə görə həlak olanların sayı 643-ə çatıb", - məlumatda bildirilib.
İlkin məlumata görə, daha 184 nəfər itkin düşmüş hesab olunur.
"Ditva" tropik siklonu Şri-Lankada subasma və dağıntılara da səbəb olub. Adanın bütün 25 vilayəti və 1 364 481 nəfər ziyan görüb.