AZ

Şri-Lankada tropik qasırğa nəticəsində ölənlərin sayı 643-ə çatıb

10:56 14.12.2025
10:56 14.12.2025

"Ditva" qasırğası son bir neçə həftə ərzində Şri-Lankada azı 643 nəfərin ölümünə səbəb olub.

Mynews.az "Report"-a istinadən xəbər verir ki, noyabrın sonunda adanın məruz qaldığı qasırğa barədə məlumatı ölkənin Təbii Fəlakətlərlə Mübarizə Mərkəzi yayıb.

"Ölkədə müşahidə olunan pis hava şəraitinə görə həlak olanların sayı 643-ə çatıb", - məlumatda bildirilib.

İlkin məlumata görə, daha 184 nəfər itkin düşmüş hesab olunur.

"Ditva" tropik siklonu Şri-Lankada subasma və dağıntılara da səbəb olub. Adanın bütün 25 vilayəti və 1 364 481 nəfər ziyan görüb.


Seçilən
52
5
mynews.az

6Mənbələr