AZ

Ançelotti istefaya göndərildi

style='margin-bottom:10px;'>

Braziliyanın “Botafoqo” klubu baş məşqçisi Davide Ançelotti ilə yolları ayırıb.

QOL.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin xidməti məlumat yayıb. İtaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Davide bu ilin yayından komandaya rəhbərlik edirdi. “Botafoqo” onun başçılığı altında 14 qələbə qazanıb, 11 dəfə heç-heçə edib, 7 dəfə uduzub.

Qeyd edək ki, Davide Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin oğludur.

Seçilən
44
2
teleqraf.com

6Mənbələr