Braziliyanın “Botafoqo” klubu baş məşqçisi Davide Ançelotti ilə yolları ayırıb.
QOL.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin xidməti məlumat yayıb. İtaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Davide bu ilin yayından komandaya rəhbərlik edirdi. “Botafoqo” onun başçılığı altında 14 qələbə qazanıb, 11 dəfə heç-heçə edib, 7 dəfə uduzub.
Qeyd edək ki, Davide Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin oğludur.