AZ

Ançelotti ilə yollar ayrıldı – RƏSMİ

Braziliyanın “Botafoqo” klubunun baş məşqçisi Davide Ançelotti ilə yollar ayrılıb.

Msport.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin xidməti məlumat yayıb.

Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Davide bu ilin yayından komandaya rəhbərlik edirdi. “Botafoqo” onun başçılığı altında 14 qələbə qazanıb, 11 dəfə heç-heçə edib, 7 dəfə uduzub.

Davide Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin oğludur.

Seçilən
48
2
msport.az

6Mənbələr