AZ

Yunan mediasından rəsmi Afinaya xəbərdarlıq - Netanyahu bizi Türkiyə ilə müharibəyə sürükləyir...


Afinanın Şərqi Aralıq dənizindəki mövqeyi Yunanıstanı Türkiyə ilə müharibəyə yaxınlaşdırır. Bunu Yunanıstan müxalif nəşri olan "Militaire" yazıb.

Yazıda İsrail və ABŞ-ın dəstəklədiyi hərbi və enerji planlarının bu prosesin mərkəzində olduğu qeyd olunur. Qeyd edilir ki, Yunanıstanın Şərqi Aralıq dənizində ABŞ və İsrail layihələrində daha dərin iştirakı Türkiyə ilə gərginliyi artırır. Nəşr yazır ki, hazırkı vəziyyətdə Türkiyəyə qarşı yeni addımlar atmaq heç də Afinanın xeyrinə deyil. Nəşr açıq şəkildə İsrailin Yunanıstanı Türkiyə ilə müharibəyə sürüklədiyinə eyham vurur.

Yunanıstanın "Ta Nea" qəzeti isə, Türkiyəyə qarşı mümkün qabaqlayıcı hücum ssenarisi planının arxasında İsrailin olduğunu bildirir. Planda Yunanıstan, İsrail və Cənubi Kiprdən ibarət 2500 nəfərlik birgə çevik müdaxilə qüvvələrinin yaradılması nəzərdə tutulur.

İddialara görə, Egey adalarına min yunan, min İsrail və 500 Kipr əsgərinin göndərilməsi planlaşdırılır. Xüsusilə Rodos və ya Karpatos, Cənubi Kipr və İsrailə yerləşdiriləcək əsgərlərə Yunanıstan və İsrail hava qüvvələri donanmaları dəstək verəcək. Dəniz qüvvələrinə freqatlar və sualtı qayıqlar da daxildir.

Rəsmi açıqlamalarda isə bu hərbi strukturun məqsədinin enerji investisiyalarını və infrastrukturunu qorumaq olduğu göstərilirdi.

TAHİR

Seçilən
38
50
baki-xeber.com

10Mənbələr