AZ

Haaland Ronaldonun rekordunu qırdı

"Mançester Siti"nin hücumçusu Erlinq Haland "Vest Hem"ə qarşı oyunda iki qol vuraraq Premyer Liqanın bütün zamanların ən çox qol vuran oyunçusu kimi "Mançester Yunayted"in keçmiş oyunçusu Kriştiano Ronaldonu keçib.

Publika.az xəbərverir ki, hazırda Halandın Premyer Liqada vurduğu qolların sayı 104, Ronaldonun isə 103-dür. Londonun "Çelsi" klubunda oynamış Didye Droqbanın da hesabında 104 qol var.

Dekabrın 2-də Haaland Premyer Liqada 100-cü qolunu vurub və 111 oyunda bu mərhələyə çatdı ki, bu da turnir rekordudur.

Norveçli futbolçu Premyer Liqada "Fulham"a qarşı matçda tarixi bir uğura imza atıb. Haaland 17-ci dəqiqədə qol vurub

Seçilən
29
10
publika.az

10Mənbələr