"Real"ın hücumçusu Kilian Mbappe komandanın sabiq futbolçusu Kriştiano Ronaldonun rekordunu təkrarlayıb.
QOL.az xəbər verir ki, fransalı futbolçu 2025-ci ildə Madrid klubunda 59-cu qolunu vurub.
O, bunu İspaniya La Liqasının 17-ci turunda “Sevilya” üzərində 2:0 hesablı qələbə qazandıqları oyunda edib.
Hazırda "Əl-Nəsr"də çıxış edən Ronaldo 2013-cü ildə "Real"da 59 qol vurub.
“Real" 2025-ci ildə oyuna çıxmayacaq. Bu isə demədkir ki, Kilian bu il Ronaldonun nailiyyətini üstələyə bilməyəcək.
Qeyd edək ki, Mbappe 2024-cü ildən “Real"da çıxış edir. Bu mövsüm fransız hücumçu bütün yarışlarda 27 oyun keçirib, 30 qol vurub və dörd məhsuldar ötürmə edib.