AZ

Keyn Robbenin tarixi rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn Bundesliqanın XV turunda “Haydenhaym”ə (4:0) vurduğu qolla Almaniya çempionatında rekord müəyyənləşdirib.

Msport.az xəbər verir ki, ingilis futbolçunun Bundesliqada “qol+pas” sistemi üzrə hesabında artıq 100 (81+19) xal var.

Bunun üçün ona cəmi 78 oyun lazım olub ki, bu da 2004/2005 mövsümündən – statistika toplanmağa başladığı vaxtdan bəri ən yaxşı göstəricidir. Əvvəlki rekord Arien Robbenə məxsus idi və Robben bu nəticəyə çatmaq üçün 119 oyun keçirmişdi.

Qeyd edək ki, Harri Keyn 2023-cü ilin yayında “Tottenhem”dən “Bavariya”ya transfer olunub. Cari mövsümdə futbolçu Bundesliqada Münhen klubunun heyətində 15 oyun keçirib, 19 qol vurub və 3 məhsuldar ötürmə verib.

Seçilən
93
10
msport.az

10Mənbələr