AZ

Riberinin rekordunu təkrarladı

Maykl Olise “Leypsiq”lə oyunda (5:1) “Bavariya”nın qələbəsində böyük pay sahibi olub.

Publika.az xəbər verir ki, 24 yaşlı cinah hücumçusu görüşün 57-ci dəqiqəsində hesab 1:1 olarkən meydana daxil olub və qalan vaxt ərzində komandasının vurduğu dörd qolda birbaşa iştirak edib – 1 qol vurub və 3 məhsuldar ötürmə verib.

“Opta”nın məlumatına görə, Olise məlumatların toplanmasına başlanılan 2004/05 mövsümündən bəri Bundesliqa tarixində oyuna sonradan daxil olub 3 assist edən cəmi ikinci futbolçu olub. Bunu ilk dəfə digər fransız futbolçu, vaxtilə “Bavariya”da çıxış etmiş Frank Riberi 2019-cu ildə “Volfsburq”la matçda bacarmışdı.

Seçilən
17
10
publika.az

10Mənbələr