GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
“Ukrayna və Rusiyanın hərbi münaqişəni həll etmək üçün tezliklə sülh razılaşmasına nail olacağına əmin deyiləm”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens deyib.
“Düşünürəm ki, irəliləyiş əldə etmişik, amma bu gün burada oturaraq, münaqişənin sülh yolu ilə həllinə nail olacağımızı qəti şəkildə deməzdim. Bunun baş vermə ehtimalı böyükdür, amma baş verməməsi üçün də ciddi bir ehtimal var”, – deyə o vurğulayıb.
Vens qeyd edib ki, ABŞ böhranı sülh yolu ilə həll etməyə çalışmağa davam edəcək:
“Hazırda həll olunmamış əsas məsələ Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılmasıdır”.
Qeyd edək ki, danışıqlarda Zaporojye Atom Elektrik Stansiyasına nəzarət, Ukraynadakı etnik rusların və Rusiyadakı ukraynalıların vəziyyəti, Kiyevin bərpası da müzakirə olunur.
Əliyar Xəlil
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.