AZ

"Qəbələ"nin hazırlıq planı bəlli oldu

Misli Premyer Liqasının XVI turunun “Qarabağ”la dekabrın 21-də keçirilən oyundan sonra istirahətə buraxılan "Qəbələ" yanvarın 3-də toplaşacaq.

Sportal.az xəbər verir ki, hazırlıq prossesinin birinci mərhələsi yanvarın 13-dək Qəbələdə olacaq.

“Qırmızı-qaralar” hazırlıq mərhələsinin ikinci hissəsini 14-18 yanvar tarixlərində Bakıda keçirəcək. 

Komandanın toplanış çərçivəsində 3 yoxlama oyunu keçirməsi nəzərdə tutulur. Rəqiblər müəyyənləşdikdən sonra bu barədə əlavə məlumat veriləcək.

“Qəbələ” 2026-ci ildə ilk rəsmi oyununu Misli Premyer Liqasının XVII turu çərçivəsində yanvarın 24-ü səfərdə “Şamaxı”ya qarşı keçirəcək.

saytlarin hazirlanmasi

Seçilən
34
11
sportal.az

10Mənbələr