AZ

“Qəbələ”nin qış hazırlıq planı bəlli olub

“Qəbələ” komandasının qış hazırlıq planı bəlli olub.

90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, Misli Premyer Liqasının XVI turunun “Qarabağ”la oyunundan sonra istirahətə buraxılan kollektiv yanvarın 3-də toplaşacaq.

Hazırlıq prosesinin birinci mərhələsi yanvarın 13-dək Qəbələdə olacaq.

“Qırmızı-qaralar” hazırlıq mərhələsinin ikinci hissəsini 14-18 yanvar tarixlərində Bakıda keçirəcək.

Komandanın toplanış çərçivəsində 3 yoxlama oyunu keçirməsi nəzərdə tutulur. Rəqiblər müəyyənləşdikdən sonra bu barədə əlavə məlumat veriləcək.

“Qəbələ” 2026-cı ildə ilk rəsmi oyununu yanvarın 24-də Misli Premyer Liqasının XVII turu çərçivəsində səfərdə “Şamaxı”ya qarşı keçirəcək.

Seçilən
11
11
90deqiqe.az

10Mənbələr