AZ

Ukrayna spikeri seçkilərin keçirilməsi üçün əsas şərtləri açıqladı

BAKI, 22 dekabr. TELEQRAF

Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuk ölkədə prezident seçkilərinin keçirilməsi üçün əsas dörd şərti sadalayıb.

Teleqraf "Novosti.Live"a istinadən xəbər verir ki, Stefançuk qarşıdan gələn seçkilərin təşkili üçün bir sıra məsələlər həll edilməlidir.

Stefançuk bildirib ki, bura cəbhədə yerləşən hərbçilərin, xaricdə olan milyonlarla ukraynalının, Rusiyanın nəzarətindəki ərazilərdə vətəndaşların seçki hüquqları və demokratik seçkilər üçün xarici müşahidəçilərin prosesdə iştirakı daxildir.

Dekabrın 14-də Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə seçkilər keçirməyə hazır olduğunu bildirib.

Seçilən
42
1
teleqraf.com

2Mənbələr