ain.az bildirir, Axar.az portalına istinadən.
2026-cı ilin yanvarında Parisdə keçiriləcək "İstəklilər koalisiyası"nın iclasında Ukrayna üçün Avropa və ABŞ-dan təhlükəsizlik zəmanətləri üzrə işlər başa çatdırılacaq.
Axar.az xəbər verir ki, bu barədə “European Pravda” qəzeti Yelisey sarayının rəsmisinə istinadən məlumat yayıb.
Mənbəyə görə, təhlükəsizlik təminatları Ukraynada xarici kontingentin olması və NATO Nizamnaməsinin 5-ci maddəsinə oxşar öhdəliklər daxil olmaqla üç sətirdən ibarət olacaq:
"Sözügedən koalisiyanın növbəti iclası yanvarın əvvəlində baş tutmalıdır. Təhlükəsizliyin təminatının birinci xətti ön cəbhədə dayanacaq güclü Ukrayna ordusuna koalisiyasın göstərəcəyi uzunmüddətli dəstək olacaq. Təhlükəsizlik təminatının ikinci xətti Ukraynada koalisiya ölkələrinin silahlı qüvvələrinin olmasıdır. Bu qoşunlar Ukrayna ordusuna strateji dəstək siqnalına çevrilmək niyyətindədir. Üçüncü xətt xüsusilə ABŞ tərəfindən verilən zəmanətlərə əsaslanacaq. Bu təminatları NATO-nun 5-ci maddəsi tipli forma adlandırmaq olar".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.