AZ

“Bravo” yenə cərimələndi – SƏBƏB

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Bravo” supermarketlər şəbəkəsini növbəti dəfə cərimələdib.

KONKRET.az teleqraf-a istinadla xəbər verir ki, ticarət əleyhinə olan İnzibati Xətalar Məcəlləsinin tələblərini pozan şirkət barədə protokol tərtib edilib.

Protokolda qeyd olunur ki, “Bravo” marketdə “Rucker Gauda” pendirinin 1 kq-nın qiymətinin 19.49 manat göstərilməsinə baxmayaraq, kassada 22.99 manata satılıb.

İXM-nin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədən “Bravo” 4 min manat cərimə olunub.

Qeyd edək ki, “Bravo”da daha öncə də oxşar nöqsanlar olduğu üçün dəfələrlə cəriməyə məruz qalıb.

Seçilən
17
8
konkret.az

9Mənbələr