AZ

Vitrində bir, kassada isə fərqli qiymət - “Bravo” yenə cərimələndi

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət AgentliyiBravo” supermarketlər şəbəkəsini növbəti dəfə cərimələdib.

Teleqraf-ın məlumatına görə, ticarət əleyhinə olan İnzibati Xətalar Məcəlləsinin tələblərini pozan şirkət barədə protokol tərtib edilib.
Protokolda qeyd olunur ki, “Bravo” marketdə “Rucker Gauda” pendirinin 1 kq-nın qiymətinin 19.49 manat göstərilməsinə baxmayaraq, kassada 22.99 manata satılıb.
İXM-nin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədən “Bravo” 4 min manat cərimə olunub.
Qeyd edək ki, “Bravo”da daha öncə də oxşar nöqsanlar olduğu üçün dəfələrlə cəriməyə məruz qalıb.
Seçilən
16
8
yenilik.az

9Mənbələr