ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Bravo” supermarketlər şəbəkəsini növbəti dəfə cərimələdib.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin tələblərini pozan şirkət barədə protokol tərtib edilib.
Protokolda qeyd olunur ki, “Bravo” marketdə “Rucker Gauda” pendirinin 1 kq-nın qiymətinin 19.49 manat göstərilməsinə baxmayaraq, kassada 22.99 manata satılıb.
İXM-nin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədən “Bravo” 4 min manat cərimə olunub.
Qeyd edək ki, “Bravo”da daha öncə də oxşar nöqsanlar olduğu üçün dəfələrlə cəriməyə məruz qalıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.