Azərbaycandan Ermənistana benzin idxal edən ikinci şirkətin adı məlum olub.
Modern.az xəbər verir ki, Ermənistanın Dövlət Gəlirləri Komitəsinin məlumatına görə, həmin şirkət “Shisha World” MMC-dir.
Hüquqi şəxslərin dövlət reyestrinə əsasən, adı çəkilən şirkətin 100% Samvel Mkrtçyana məxsusdur. Şirkət 2022-ci ilin dekabr ayında təsis edilib.
Əvvəllər mediada Azərbaycanın benzin idxalçısının Sivil Müqavilə fraksiyasından olan parlament üzvü Xaçatur Sukiasyanın ailəsinə məxsus olan Sil şirkətinin bir hissəsi olan Mega Trade olduğu bildirilirdi.
Mega Trade Azərbaycandan 600 ton benzin idxal edib.
Xatırladaq ki, Azərbaycandan dəmir yolu ilə 22 vaqon premium benzin idxal edilib.
Dünən məlum olub ki, bu benzin Sukiasyan şirkətinə məxsus Run Oil yanacaqdoldurma məntəqələrində litri 430 dram qiymətinə satılır.