AZ

Ermənistanda Azərbaycan benzini satan daha bir şirkətin adı məlum oldu

Azərbaycandan Ermənistana benzin idxal edən ikinci şirkət “Shisha World” MMC olub.

"Cebheinfo.az" "Yeni Sabah"-a istinadən xəbər verir ki, hüquqi şəxslərin dövlət reyestrinə əsasən, “Shisha World” MMC 100% Samvel Mkrtçyana məxsusdur. Şirkət 2022-ci ilin dekabrında yaradılıb.

Bundan əvvəl benzin idxalçısının “Vətəndaş müqavilə” fraksiyasından olan Milli Məclis üzvü Xaçatur Sukiasyanın ailəsinə məxsus “Sil” konserninin bir hissəsi olan “Mega Trade” şirkəti olduğu barədə məlumatlar yayılmışdı.

“Mega Trade” Azərbaycandan 600 ton benzin idxal edib.

Xatırladaq ki, Azərbaycandan dəmir yolu ilə 22 qatar vaqonu premium benzin idxal edilib.

Bu benzin Sukiasyanların şirkətinə məxsus “Run Oil” yanacaqdoldurma məntəqələrində litri 430 dram qiymətinə satılır.

"Cebheinfo.az"

Seçilən
16
9
cebheinfo.az

10Mənbələr