AZ

Azərbaycandan benzin alan 2-ci erməni şirkətinin adı AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Ermənistanın “Mega Trade” şirkəti Azərbaycandan 11 vaqon benzin alıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Azərbaycan benzini Ermənistanda satışa çıxarıldı


Artıq həmin benzin bu gün satışa çıxarılıb. Ölkəmizdən benzin idxal edən ikinci erməni şirkətinin də adı bu gün açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Factor.am nəşri yazıb.

Mənbə qeyd edir ki, “Shisha World” adlı ikinci şirkətin tanınmış erməni iş adamı Samvel Aleksanyanın ailəsi ilə bağlı olduğu üzə çıxıb. Onu sahibi Samvel Mkrtçyandır. O, Samvel Aleksanyanın həyat yoldaşı Şoqerina Mkrtçyanın qardaşı oğludur.
 

Bundan başqa, Samvel Mkrtçyan və Samvel və Şoqerina Aleksanyanların oğullarından biri, Qriqor Aleksanyan İrəvanın Şimal prospektində eyni ünvanda qeydiyyatdadırlar.


Maraqlıdır ki, Vergi Komitəsinin reyestrlərində “Shisha World” şirkətinin fəaliyyəti yanacağın satışı və ya idxalı kimi deyil, tütün məmulatlarının istehsalı kimi göstərilir.

Bizim.Media

Seçilən
20
9
bizim.media

10Mənbələr