Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda qeyri-həyatsığortası növlərinin hesabına 591,5 milyon manat sığorta haqqıtoplanılıb.
TrendAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cüilin eyni dövrü ilə müqayisədə 36,1 milyon manat və ya 6,5%çoxdur.
Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlərisə 5.8 milyon manat və yaxud 2,4% artaraq 249,1 milyon manataçatıb.
Beləliklə, 11 ayda qeyri-həyat sığortası bazarında toplanmış hər100 manat sığorta haqqının 42,1 manatı müştərilərə geriödənilib.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycandasığorta şirkətlərinin xətti ilə 1,365 milyard manat sığorta haqqıyığılıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 143,2 milyonmanat və ya 11,7% çoxdur.
Eyni zamanda hesbat dövründə Azərbaycanda fəaliyyət göstərənsığorta şirkətləri tərəfindən 844,8 milyon manat sığorta ödənişiedilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 150,8milyon manat və ya 21,7% artım deməkdir.