Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əmlak sığortasınövlərinin hesabına 216,6 milyon manat sığorta haqqıtoplanılıb.
TrendAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cüilin eyni dövrü ilə müqayisədə 14,9 milyon manat və ya 7,4%çoxdur.
Hesabat dövründə əmlak sığortası üzrə ödənişlər isə 7,8 milyonmanat və yaxud 23,8% artaraq 40,6 milyon manata çatıb.
Beləliklə, 11 ayda əmlak sığortası bazarında toplanmış hər 100manat sığorta haqqının 18,7 manatı müştərilərə geri ödənilib.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycandasığorta şirkətlərinin xətti ilə 1,365 milyard manat sığorta haqqıyığılıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 143,2 milyonmanat və ya 11,7% çoxdur.
Eyni zamanda hesbat dövründə Azərbaycanda fəaliyyət göstərənsığorta şirkətləri tərəfindən 844,8 milyon manat sığorta ödənişiedilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 150,8milyon manat və ya 21,7% artım deməkdir.