
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda kredit sığortası üzrə 4,781 milyon manat sığorta haqqı toplanılıb.
Kommersant.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18 min manat və ya 0,4% azdır.
Hesabat dövründə kredit sığortası üzrə ödənişlər isə 12 min manat və yaxud 17,4% azalaraq 57 min manata çatıb.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda sığorta şirkətlərinin xətti ilə 1,365 milyard manat sığorta haqqı yığılıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 143,2 milyon manat və ya 11,7% çoxdur.
Eyni zamanda hesbat dövründə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 844,8 milyon manat sığorta ödənişi edilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 150,8 milyon manat və ya 21,7% artım deməkdir.