AZ

Bu ilədək Bakıdan kənarda universitet şəhərcikləri yaradıla bilər AÇIQLAMA

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Növbəti ildən bəzi ali təhsil müəssisələrinin Bakıdan kənara köçürülməsi hazırkı mərhələdə real deyil. Belə bir proses ciddi infrastruktur layihələri tələb edir”. Bunu Demokrat.az-a açıqlamasında elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi bildirib.O deyib ki, söhbət yeni universitet kampuslarının, tələbə yataqxanalarının, laboratoriyaların və inzibati binaların inşasından gedir:“Bundan əlavə, bu addım həm böyük maliyyə vəsaiti, həm də uzun zaman tələb edir və bir neçə il ərzində mərhələli şəkildə həyata keçirilə bilər. Hazırda isə söhbət yalnız strateji planlaşdırma mərhələsindən gedir. 2050-ci ilə qədər olan inkişaf konsepsiyası çərçivəsində Bakıdan kənar ərazilərdə universitet şəhərciklərinin yaradılması nəzərdə tutulur”. Onun sözlərinə görə, bu təşəbbüs paytaxtın yüklənməsinin azaldılması və regionların sosial-iqtisadi inkişafı baxımından müsbət qiymətləndirilir:“Lakin 2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin köçürülməsi ilə bağlı konkret qərar yoxdur. Abituriyentlər və tələbələr narahat olmamalıdırlar. Universitetlər hazırkı ünvanlarında fəaliyyətini davam etdirəcək. Bu dəyişikliklər yalnız uzunmüddətli perspektivdə mümkün ola bilər”.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
100
22
demokrat.az

10Mənbələr