AZ

Tələbə krediti alanların böyük faizi qadınlardır

Təhsil Tələbə Krediti Fondu (TTKF) tərəfindən rəsmiləşdirilən təhsil tələbə kreditlərinin əksəriyyəti standart kreditlər üzrə olub, gender bölgüsündə isə qadınların payı üstünlük təşkil edib.Bunu fondun rəhbəri Bəhruz Əzimov 4 ilin hesabatını təqdim edərkən deyib.

Sədrin açıqladığı məlumata görə, indiyədək ümumilikdə 70 393 müraciət rəsmiləşdirilib. 

Onların 45 956-sı (65 faiz) standart təhsil tələbə krediti, 24 437-si (35 faiz) isə sosial təhsil tələbə krediti üzrə olub.

Gender bölgüsünə görə, kredit alanların 44 071-i və ya 63 faizi qadınlar, 26 322-si və ya 37 faizi kişilərdir.

TTKF rəhbəri bildirilib ki, bu göstəricilər təhsil tələbə kreditlərinə marağın artdığını, eyni zamanda qadınların ali təhsilə maliyyə çıxış imkanlarından daha fəal yararlandığını göstərir.

Fond kredit mexanizminin sosial əhatəliliyinin artırılması və daha çox tələbənin təhsilə çıxışının təmin olunması istiqamətində tədbirlərin davam etdiriləcəyini vurğulayıb.

Gülnar Nazimqızı

Seçilən
97
17
anews.az

10Mənbələr