Təhsil Tələbə Krediti Fondu (TTKF) üzrə rəsmiləşdirilmiş müraciətlərin böyük hissəsi bakalavriat səviyyəsində təhsil alan tələbələrin payına düşür. Bunu fondun rəhbəri Bəhruz Əzimov 4 ilin hesabatını təqdim edərkən deyib.
Fondun rəhbərinin açıqladığı məlumata görə, indiyədək ümumilikdə 70 393 müraciət rəsmiləşdirilib.
Onların 48 797-si və ya 69 faizi bakalavriat, 16 697-si və ya 24 faizi magistratura, 4 403-ü və ya 6 faizi orta ixtisas, 496-sı və ya 1 faizi isə texniki peşə və ilkin peşə təhsili (VTP) üzrə olub.
Fond rəhbəri qeyd edib ki, göstəricilər kreditlərin rəsmiləşdirilməsi dinamikasının illər üzrə artdığını göstərir.
Xüsusilə 2023–2024 və 2024–2025-ci tədris illərində bakalavriat və magistratura səviyyələri üzrə müraciətlərdə nəzərəçarpacaq yüksəliş qeydə alınıb.
2025–2026-cı tədris ilində də əsas pay bakalavriat təhsil pilləsinin üzərinə düşür.
TTKF rəhbəri bildirilib ki, kredit mexanizmi ali və orta ixtisas təhsilinə maliyyə çıxışını genişləndirməyə yönəlib və gələcək dövrdə müxtəlif təhsil səviyyələri üzrə əhatə dairəsinin artırılması nəzərdə tutulur.
Gülnar Nazimqızı