AZ

2 nəfərin öldüyü qəza: Avtobus qanunsuz sərnişin daşıma ilə məşğul imiş

Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini aidiyyəti qurumlar araşdırır.

KONKRET.az AYNA-ya istinadla xəbər verir ki, “İsuzu” markalı avtobus qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı mikroavtobusla toqquşub.

Yol-nəqliyyat hadisəsinin başvermə səbəbləri və hüquqi qiymətləndirmə təyin olunmuş avtotexniki ekspertizanın rəyinə uyğun olaraq müəyyən ediləcək.

Xatırladaq ki, Qaradağ rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların sayı 11-ə çatıb.

TƏBİB-dən bildirilib ki, Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 4 qadın və 7 kişiyə bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Pasiyentlərə ilkin tibbi yardım göstərildikdən sonra KT müayinəsi icra edilib.

Hazırda pasiyentlərdən üç nəfərin vəziyyəti ağır, beşinin isə vəziyyəti stabil olaraq qiymətləndirilir.

3 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Qəzada 2 nəfər ölüb.

Seçilən
18
7
konkret.az

10Mənbələr