AZ

Qaradağda 2 nəfərin öldüyü avtobus qəzası ilə bağlı AÇIQLAMA

Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Modern.az xəbər verir ki, bu barədə AYNA-dan məlumat verilib.

Araşdırmalarla müəyyən edilib ki, "İsuzu" markalı avtobus qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan "Mercedes" markalı mikroavtobusla toqquşub. Yol-nəqliyyat hadisəsinin başvermə səbəbləri və hüquqi qiymətləndirmə təyin olunmuş avtotexniki ekspertizanın rəyinə uyğun olaraq müəyyən ediləcək:

"Qəza nəticəsində həyatını itirənlərin yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik".

Bildirilib ki, Qaradağ rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların sayı 11-ə çatıb. TƏBİB-dən bildirilib ki, Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 11 nəfərə (4-ü qadın, 7-si kişi) bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Pasiyentlərə ilkin tibbi yardım göstərildikdən sonra KT müayinəsi icra edilib.

Hazırda pasiyentlərdən üç nəfərin vəziyyəti ağır, beşinin isə vəziyyəti stabil olaraq qiymətləndirilir.

Üç nəfər ambulator müalicə üçün evə buraxılıb.(Məndə: APA)

Seçilən
28
4
modern.az

10Mənbələr