Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi aidiyyəti qurumlar tərəfindən araşdırılır.
Bu barədə NOCOMMENT.az-a AYNA-dan məlumat verilib.
Araşdırmalarla müəyyən edilib ki, “İsuzu” markalı avtobus qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Mersedes” markalı mikroavtobusla toqquşub.
Yol-nəqliyyat hadisəsinin başvermə səbəbləri və hüquqi qiymətləndirmə təyin olunmuş avtotexniki ekspertizanın rəyinə uyğun olaraq müəyyən ediləcək:
“Qəza nəticəsində həyatını itirənlərin yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik”.