Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda işçiləri daşıyan mikroavtobus yoldan çıxaraq aşıb.
Publika.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 4 sərnişin həlak olub, daha 7 nəfər isə yaralanıb.
Hadisə yerinə xilasedicilər və polis əməkdaşları cəlb olunub.
Ölü sayının artacağı istisna edilmir.