AZ

Pakistandan ÜZÜCÜ XƏBƏR

Pakistanın cənubundakı Kəraçi şəhərində yerləşən "Gul Plaza" ticarət mərkəzində baş verən güclü yanğın nəticəsində azı üç nəfər həlak olub, daha yeddi nəfər isə xəsarət alıb.

Publika.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Yanğın şəhərin sıx məskunlaşmış rayonunda yerləşən ticarət kompleksinin birinci mərtəbəsində başlayıb. Alov sürətlə binaya yayılıb, nəticədə bir neçə nəfər yuxarı mərtəbələrdə köməksiz vəziyyətdə qalıb. Xilasetmə xidmətinin nümayəndələrinin sözlərinə görə, hadisə yerinə operativ olaraq altı yanğınsöndürmə briqadası gəlsə də, vəziyyət kritik olaraq qalır.

Seçilən
12
9
publika.az

10Mənbələr