Bişkekdə qocalar evində baş vermiş yanğın nəticəsində 14 nəfər xəstəxanaya yerləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyinin rəsmi "Telegram"kanalı məlumat yayıb.
Bildirilib, 13 xəstə karbon monoksid qazından zəhərlənib, bir nəfərdə isə birinci dərəcəli yanıq aşkar edilib.
“4 xəstənin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti ağır, 8 nəfərin isə vəziyyəti nisbi olaraq qənaətbəxşdir,” - deyə nazirlikdən bildirilib.
Qeyd edilib ki, xəsarət alanların vəziyyətinə yanaşı xəstəliklər də təsir edib.