AZ

Tərtərdə yol qəzası olub: yaralılar var

Tərtərdə yol-nəqliyyat hadisəsi baş verib, yaralılar var.

Hakimiyyet.az APA-ya istinadla xəbər verir ki, hadisə Borsunlu-Hindarx yolunun Tərtər rayon Azad Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" və "Mitsubishi" markalı minik maşınlarının toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar Bərdə və Tərtər rayon xəstəxanalarına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
26
11
hakimiyyet.az

10Mənbələr