AZ

Tərtərdə QƏZA: Yaralılar var

Tərtərdə yol-nəqliyyat hadisəsi baş verib, yaralılar var.

Hadisə Borsunlu-Hindarx yolunun Tərtər rayon Azad Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" və "Mitsubishi" markalı minik maşınlarının toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar Bərdə və Tərtər rayon xəstəxanalarına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
41
11
news365.az

10Mənbələr