AZ

Tərtərdə yol qəzası olub, yaralılar var

Tərtərdə yol-nəqliyyat hadisəsi baş verib, yaralılar var.

Far.Az APA-ya istinadən xəbər verir ki, hadisə Borsunlu-Hindarx yolunun Tərtər rayon Azad Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" və "Mitsubishi" markalı minik maşınlarının toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar Bərdə və Tərtər rayon xəstəxanalarına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
66
11
far.az

10Mənbələr