AZ

Şərurda yol qəzasına görə kəndlər qazsız qalıb

Şərur rayonunda minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində xətt yararsız hala düşüb.

"Ölkə.az" "Report"a istinadla xəbər verir ki, rayonda avtoqəza nəticəsində minik avtomobili D-159-luq qaz xəttini qırıb.

Təhlükəsizlik səbəbindən Vərməziyar, İbadulla, Qışlaqabbas, Ərəbyengicə, Qarahəsənli, Tumaslı və Diyadin kəndlərində qaz təchizatı dayandırılıb.

Bərpa işləri yekunlaşan kimi əraziyə təbii qazın verilişi təmin ediləcək.

Seçilən
61
4
olke.az

10Mənbələr