AZ

Şərurda yol qəzası bir sıra kəndləri qazsız qoydu

Şərur rayonunda minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində xətt yararsız hala düşüb.

Publika.az "Report"a istinadən xəbər verir ki, rayonda avtoqəza nəticəsində minik avtomobili D-159-luq qaz xəttini qırıb.

Təhlükəsizlik səbəbindən Vərməziyar, İbadulla, Qışlaqabbas, Ərəbyengicə, Qarahəsənli, Tumaslı və Diyadin kəndlərində qaz təchizatı dayandırılıb.

Seçilən
42
7
publika.az

10Mənbələr