AZ

Qəza səbəbindən 7 kənd qazsız qaldı

18:39 28.12.2025
18:39 28.12.2025

Şərur rayonunda minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində xətt yararsız hala düşüb.

Mynews.az Report-a istinadən xəbər verir ki, rayonda avtoqəza nəticəsində minik avtomobili D-159-luq qaz xəttini qırıb.

Təhlükəsizlik səbəbindən Vərməziyar, İbadulla, Qışlaqabbas, Ərəbyengicə, Qarahəsənli, Tumaslı və Diyadin kəndlərində qaz təchizatı dayandırılıb.

Bərpa işləri yekunlaşan kimi əraziyə təbii qazın verilişi təmin ediləcək.


Seçilən
12
4
mynews.az

10Mənbələr