AZ

“Məqsədim hər kəsə məlum rəqəmə çatmaqdır” Ronaldo

ain.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Globe Soccer Awards” seçimlərinə görə Yaxın Şərqin ən yaxşı futbolçusu mükafatını qazanan Kriştiano Ronaldo açıqlama verib.

Futbolpress.az xəbər verir ki, 40 yaşlı hücumçu 1000 qol səddinə çatacağına ümid etdiyini bildirib:

“Artıq oynamaq mənim üçün çətinləşib, amma ehtirasım hələ güclüdür. Daha çox motivasiyalıyam. Hər zaman oynamaq, kuboklar qazanmaq və qollar vurmaq istəmişəm. Eyni ruhda da davam edirəm.

Məqsədimi bilirsiz. Kubok qazanmaq və hər kəsə məlum rəqəmə çatmaqdır. Zədə almazsam, 1000 qola mütləq çatacağam”.

“Əl Nəsr”də çıxış edən Ronaldo karyerası ərzində ümumilikdə 956 qol vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
10
futbolpress.az

10Mənbələr