AZ

Ronaldo bu hədəfinə çatsa, futboldan gedəcək

Kriştiano Ronaldo "Globe Soccer Awards" mərasimində gələcəyi ilə bağlı açıqlamalar verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, 40 yaşındakı futbolçu karyerasını bitirmək üçün dəqiq bir tarix verməsə də, hələ də motivasiyasını qoruduğunu və 1000 qol hədəfinə çatmaq istədiyini qeyd edib.

Ronaldo "Al-Nassr" komandasında bu mövsüm 10 matçda 12 qol vuraraq diqqət çəkib. Ümumi qol sayısı 956 olan Ronaldo 1000 qol hədəfi üçün 44 qola daha ehtiyacı olduğunu bildirib.

Portuqaliyalı futbolçu qol hədəfini açıq şəkildə ifadə edərək, "Hələ də tutqum çox yüksəkdir və oynamağa davam etmək istəyirəm. Yaxın Şərqdə və ya Avropada oynamağım fərq etmir. Futbol oynamaqdan hər zaman zövq alıram və davam etmək istəyirəm. Kuboklar qazanmaq istəyirəm və hamınızın bildiyi o rəqəmə (1000 qol) çatmaq istəyirəm. Zədələnməsəm, o rəqəmə mütləq çatacağam" - deyə bildirib.

Seçilən
22
15
manset.az

10Mənbələr