Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Globe Soccer Awards” mərasimində “Yaxın Şərqin ən yaxşı futbolçusu” mükafatını alan Kriştianu Ronaldo çıxışı ilə diqqət çəkib.
“Qafqazinfo” xəbər verir ki, superulduzun çıxışı zamanı “inşallah” sözünü istifadə etməsi marağa səbəb olub:
“Bu tədbir mənim üçün hər zaman önəmli olub. Zalda çox sayda sevdiyim insan var. Xüsusən də həyat yoldaşımın burada iştirakını qeyd etmək istərdim. Oynamağa davam etmək çətindir. Amma motivasiyam var. İnşallah, zədə almaram. Gecədən həzz alın”.
Qeyd edək ki, daha əvvəl Ronaldo karyerasında 1000 qol həddinə çatmaq istədiyini bildirmişdi. Hazırda onun 956 qolu var.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.