AZ

Kriştiano Ronaldo: 1000 qol vurana qədər futbol oynayacam

Mia.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda oynayan portuqaliyalı futbolçu Kriştiano Ronaldo karyerası ilə bağlı maraqlı açıqlama verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, aktiv futboldan hələ getmək niyyətində olmadığını deyib.  

40 yaşlı Ronaldo Dubayda keçirilən mükafatlandırma mərasimində bildiirb ki, məqsədi bəllidir: "Məqsədimin nə olduğunu bilirsiniz. Kuboklar qazanmaq və hamınızın bildiyi 1000 qola çatmaq istəyirəm. Zədələnməsəm, mütləq bu rəqəmə çatacağam. Futbol oynamağa davam edəcək. Motivasiyam çox yüksəkdir. Yaxın Şərqdə və ya Avropada oynamağımın fərqi yoxdur, həmişə futbol oynamağı sevirəm və sevəcəyəm də".

Xatırladaq ki, ötən həfər Ronaldo "Əl Əhdud"a  iki qol vuraraq, ümumi qol sayını 956-ya çatdırıb.

Fərid ASLAN

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
13
mia.az

10Mənbələr