
"1000 qola çatana qədər karyeramı bitirməyəcəyəm".
Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda oynayan məşhur portuqaliyalı futbolçu Kriştiano Ronaldo deyib.
Dubayda keçirilən mükafatlandırma mərasimində çıxış edən 40 yaşlı Ronaldo bildirib ki, məqsədimin nə olduğunu bilirsiniz. Kuboklar qazanmaq və hamınızın bildiyi 1000 qola çatmaq istəyirəm. Zədələnməsəm, mütləq bu rəqəmə çatacağam.
O qeyd edib ki, Yaxın Şərqdə və ya Avropada oynamağımın fərqi yoxdur, həmişə futbol oynamağı sevirəm və bunu davam etdirmək istəyirəm.
Vurğulayaq ki, 2022-ci ildə "Əl-Nəsr"ə keçən Ronaldo, şənbə günü "Əl Əhdud"a qarşı 3-0 hesablı qələbə qazandıqları oyunda iki qol vuraraq ümumi qol sayını 956-ya çatdırıb.
İlahə Qənbərli
Missiya.Az