AZ

Tramp: “Rusiya Ukraynanın yenidən qurulmasında iştirak etməyə hazırdır”

Ajans.az xəbər verir ki,bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. “Rusiya Ukraynanın çiçəklənməsini istəyir və onun yenidən qurulmasında iştirak etməyə hazırdır”, – deyə Donald Tramp vurğulayıb. ABŞ Prezidenti Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Zaporojye Atom Elektrik Stansiyası məsələsinin də müzakirə olunduğunu qeyd edib. Trampın sözlərinə görə, Putin stansiyanın həm Rusiya, həm də Ukrayna üçün açıq olmasını istəyir. “Putin mənə Zelenski ilə birgə görüş keçirmək istədiyini dedi. Vaxtı çatanda belə bir görüş baş tutacaq”, – deyə Tramp bildirib. O əlavə edib ki, razılaşmanın qalan “kiçik hissəsinin” həlli, hər şey plan üzrə gedərsə, bir neçə həftə çəkə bilər. Vladimir Zelenski isə öz növbəsində razılaşma məsələlərinin yekunlaşdırılması üçün yaxın həftələrdə danışıqlar aparan nümayəndələrin yeni görüşlərinin keçiriləcəyini bildirib. Ukrayna Prezidenti həmçinin sülh planının bəzi bəndləri üzrə referendum keçirilməsinə icazə verdiyini açıqlayıb.

 

Seçilən
36
27
Ajans.az

10Mənbələr