AZ

Putin və Zelenski arasında ilk dəfə danışıqlar ola bilər

Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Volodimir Zelenski arasında ilk telefon danışığı baş tuta bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Mənbə hesab edir ki, ABŞ Prezidenti Donald Trampın Mar-a-Laqoda Volodimir Zelenski ilə görüşü Ukrayna lideri ilə Vladimir Putin arasında son beş ildən artıq müddətdə baş tutacaq ilk birbaşa telefon danışığına doğru atılan addım ola bilər.

Mənbənin yazdığına görə, məhz Zelenski ilə Putin arasında birbaşa telefon zəngi imkanı sülh danışıqlarına hazırlıq prosesində əsas irəliləyiş kimi qiymətləndirilir.

ABŞ-da bu perspektiv artıq “Donald Trampın diplomatik qələbəsi” adlandırılır.

Ağ Evdə hesab edirlər ki, ABŞ-nin iştirakı ilə aparılan indiki danışıqlar Moskvanı birbaşa təmasa getməyə məcbur edə bilər. Müzakirələrin mərkəzində ABŞ-nin dəstəklədiyi 20 maddəlik sülh planı dayanır. Amerikalı rəsmilərin sözlərinə görə, planın 90 faizi razılaşdırılıb və bu, tərəflər arasında birbaşa rabitənin zəruriliyini nəzərdə tutur.

ABŞ rəsmiləri etiraf edirlər ki, Zelenski ilə Putin arasında bir telefon zəngi belə dönüş nöqtəsi ola və tərəflərin pərdəarxası təmaslardan birbaşa dialoqa keçməyə hazır olduğuna dair ilk real siqnal kimi qiymətləndirilə bilər./Teleqraf 

Seçilən
44
10
bakivaxti.az

10Mənbələr