AZ

Azərbaycanda iri sahibkarlığa verilən kreditlər 8,3 milyard manatı ötüb

Bakı. Trend:

Bu ilin dekabrın 1-nə Azərbaycanda iri sahibkarlıq subyektlərinəverilən kreditlərin həcmi 8,364 milyard manat təşkil edib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, cari ilin noyabr ayının 1-i ilə müqayisədə78,3 milyon manat və ya 0,9%, ötən ilin eyni dövrünə nisbətən isə72,9 milyon manat və ya 0,9% çoxdur.

Belə ki, cari ilin noyabr ayının 1-nə Azərbaycanda irisahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,285 milyardmanat, 2024-cü ilin dekabrın 1-nə isə 8,291 milyard manat idi.

Qeyd edək ki, 2025-ci ilin dekabrın 1-nə Azərbaycanda banklarınkredit portfeli 1% vә ya 281,7 milyon manat artaraq 29,685 milyardmanat olub. Kredit portfelinin strukturunda biznes kreditlәri 53,2%(15,805 milyard manat), istehlak kreditlәri 31,4% (9,319 milyardmanat) vә ipoteka kreditlәri 15,4% (4,562 milyard manat) təşkiledib.

Məqalədə:
Seçilən
32
29
az.trend.az

10Mənbələr