AZ

Sənaye sahəsi üzrə biznes kredit portfeli kiçilib

Bakı. Trend:

Bu ilin dekabrın 1-nə Azərbaycan banklarının sənaye sahəsi üzrəbiznes kredit portfeli 2,677 milyard manat təşkil edib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata əsasən, sözügedən sahə üzrə kredit portfeli aylıqmüqayisədə 14,7 milyon manat və ya 0,5%, ötən ilin eyni dövrünənisbətən isə 73,9 milyon manat 2,7% azalıb.

Belə ki, sənaye sahəsi üzrə banklar tərəfindən verilmiş bizneskreditlərin məbləği 2025-ci ilin noyabrın 1-nə 2,692 miyard manat,ötən ilin dekabrın 1-nə isə 2,751 milyard manat təşkil etmişdi.

Qeyd edək ki, 2025-ci ilin dekabrın 1-nə Azərbaycanda banklarınkredit portfeli 1% vә ya 281,7 milyon manat artaraq 29,685 milyardmanat olub. Kredit portfelinin strukturunda biznes kreditlәri 53,2%(15,805 milyard manat), istehlak kreditlәri 31,4% (9,319 milyardmanat) vә ipoteka kreditlәri 15,4% (4,562 milyard manat) təşkiledib.

Məqalədə:
Seçilən
31
29
az.trend.az

10Mənbələr