AZ

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunun həcmi 31,4 milyard manatı ötüb

Bakı. Trend:

Bu ilin dekabrın 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kreditqoyuluşunun (bank və qeyri-bank birlikdə) həcmi 31,451 milyardmanat təşkil edib.

Trend bubarədə Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata görə, banklar və qeyri-banklar tərəfindən ölkəiqtisadiyyatına kredit qoyuluşunun həcmi bir ay əvvələ nisbətən281,7 milyon manat və ya 0,9%, 2024-cü ilin dekabrın 1-nə nisbətənisə 2,4 milyard manat və ya 8,2% artıb.

Hesabat dövründə kredit qoyuluşunun 7,635 milyard manatı dövlətbanklarının payına düşüb ki, bu da aylıq müqayisədə 73,7 milyonmanat və ya 1%, illik müqayisədə isə 563,2 milyon manat və ya 8%artım deməkdir.

Bəhs olunan dövrdə iqtisadiyyata kredit qoyuluşlarının 22,050milyard manatı özəl bankların payına düşüb. Bu isə cari ilinnoyabrın 1-nə olan göstərici ilə müqayisədə 207,9 milyon manat vəya 0,9%, ötən illin dekabrın 1-nə olan göstəriciyə nisbətən isə 1,7milyard manat və ya 8,6% çoxdur.

Bundan başqa, bu ilin dekabrın 1-nə ölkə iqtisadiyyatına kreditqoyuluşlarının qeyri-bank kredit təşkilatlarına düşən payı 1,765milyard manat olub ki, bu da aylıq müqayisədə eyni səviyyədə qalıb,ötən ilin eyni dövrü ilə müqayisədə isə 66,9 milyon manat və ya3,9% artıb.

Qeyd edək ki, hesabat dövründə dövlət bankları tərəfindən kreditqoyuluşu ümumi kredit qoyuluşunun 24,3%-ni, özəl banklar tərəfindənkredit qoyuluşu ümumi kredit qoyuluşunun 70,1%-ni, bank olmayankredit təşkilatları tərəfindən qoyulan kredit qoyuluşu ümumi kreditqoyuluşunun 5,6%-ni təşkil edib.

Məqalədə:
Seçilən
27
29
az.trend.az

10Mənbələr